York Universitetinin professoru ustad dərsi təqdim etdi
Bakı Dövlət Universitetində Biologiya fakültəsinin əməkdaşları, gənc tədqiqatçıları , magistrantları, tələbələri üçün bioinformatika sahəsində tanınmış mütəxəssis hazırda Böyük Britaniyanın York Universitetinin Struktural Biologiya labaratoriyasının professoru, əməkdar elm xadimi Qərib Novruz oğlu Mürşüdov tərəfindən “Bioloji proseslərin təhlilində riyaziyyatın rolu” mövzusunda onlayn ustad dərsi təqdim edildi.
Qərib Mürşüdovun tədqiqatlarının əsas istiqaməti makromolekulyar kristalloqrafiya və elektron krio-mikroskopik struktur analizlər üçün effektiv riyazi, statistik və hesablama alqoritmlərin yaradılması olduğundan, riyaziyyatın biologiyada tətbiqi və statistik analizlərin aparılması haqqında geniş məlumat verdi. Struktur biologiyası cəmiyyətinin istifadəsi üçün bir sıra proqram təminatlarının qurulması, alqoritmlərin qurulması haqqında bilikləri, biologiyada riyazi statistikanın rolunun vacibliyini onlayn iştirakçılarla bölüşdü və tələbələrə gələcəkdə bu sahədə dünya görüşünün , biliklərin artırılması üçün ba sahə üzrə müasir dünya ədəbiyyatlarını mütailə etmələrinin vacibliyini vurğuladı.
Qərib Mürşüdov məzun olduğu BDU-nun professor müəllim heyəti və tələbləri qarşısında çıxış etməkdən məmnun olduğunu qeyd etdi. Zoom platforması üzərindən təşkil olunmuş dərs iştirakçıların marağına səbəb oldu. Sonda məruzəçi onlayn iştirakçıların suallarını cavablandırdı.