| |
Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır. Fakültə TEC-in fəaliyyətinə aşağıdakılar daxildir: Fakültə TEC-in işi gücləndirilmişdir. Elmi işə marağı olan tələbələr öz arzularına uyğun kafedralara təhkim olunmuşlar. Vaxtaşırı onların seminarlarda və elmi konfranslarda məruzələri dinlənilir. Ali məktəblərarası fənn olimpiadalarına hazırlıq məqsədilə məşğələlər təşkil olunur. Hər il savadlı, elmi axtarışlara meyilli tələbələr cəmiyyət sıralarına qəbul olunurlar. Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun elmi-tədqiqat işi aparmaq üçün uyğun kafedralara yönləndirilirlər. Hazırda cəmiyyətin 100 nəfərdən çox üzvi var, onlardan 30 nəfəri müxtəlif kafedralarda elmi iş aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini I-III kurs tələbələri təşkil edir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir. |
Fakültə Tələbə Elmi Cəmiyyətinin heyəti:
Sədr - Rasim Abbaszadə
Sədr müavini - Rəsmiyyə Məşədiyeva və Səbinə Əliyeva
Elmi Rəhbər - Sevinc Hümbətova
PR Menecerlər - Aidə Yusubova və Bəhruz Mirzəyev
R&D Menecer - Leyla Abdullayeva
Sənəd meneceri - Firəngiz Bağırova
BİO-nun üzvü olmaq üçün qəbul formunu əksiksiz tamamlamağınız kifayətdir, qəbul olduğunuz təqdirdə WhatsApp qruplar toplusuna əlavə olunacaqsız: Qəbul formuna keçid
E-mail: [email protected]
TEC Biologiyanın nəzdində 5 diskussiya klubu fəaliyyət göstərir. Diskussiya klublarının mahiyyəti tələbələrin, onlara qaranlıq qalan məqamları digər tələbələrlə müzakirə edib aydınlıq gətirməsinə dəstək, klubun uyğun kafedrasında tədris olunan fənlərlə əlaqədar yeniliklərdən xəbərdar olmaq, həmin sahələrə uyğun ümumi sual-cavab və diskussiyalar aparmağına töhfə verməkdən ibarətdir. Bu klublar aşağıdakılardır:
- “Genetika” diskussiya klubu.
Klubun rəhbəri - Xədicə Əhədova.
- “Zoologiya və insan anatomiya və fiziologiyası” diskussiya klubu.
Klubun rəhbəri - Amin Nurəliyev.
- “Botanika və bitki fiziologiyası” diskussiya klubu.
Klubun rəhbəri - Rakif İsbatov.
- “Molekulyar biologiya və biotexnologiya” diskussiya klubu.
Klubun rəhbəri - Əfsanə Baxışzadə.
- “Biokimya və biofizika” diskussiya klubu.
Klubun rəhbəri - Hörmət Cəfərova.