Beynəlxalq elmi əməkdaşlıq

Biologiya fakültəsi 2002–ci ildən başlayaraq bir sıra lahiyələrdə iştirak edərək, dünyanın bir sıra aparıcı elmi mərkəzləri və universitetləri ilə əməkdaşlıq edir. Həyata keçirilimiş layihələr çərçivəsində fakultənin tələbə və müəllim heyəti Avropanın nüfuzlu elmi mərkəzləri ilə təcrübə mübadiləsində olmuş, müştərək elmi araşdırmalara imza atmışlar.

Biologiya fakültəsi Türkiyə Respublikası (Diclə Universiteti, Mardin Artuklu Universiteti), Gürcustan Respublikası (Tbilisi Dövlət Universiteti), Rusiya Federasiyası (Rusiya Elmlər Akademiyasının Bitki fiziologiyası institutu, Lomonosov adına Moskva Dövlət Universiteti), Çexiya Respublikası (Karlova Universiteti, Çex Respublikasının Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun “AlgaTech” mərkəzi, Praqanın Kimya Texnologiyaları İnstitutu, Çexiyanın Brno şəhərindəki Mendel Universiteti, Çexiyanın Cənubi Bohemiya Universiteti), Almaniya (Heidelberg Universiteti, Mains Universitetinin nəzdində Tibb mərkəzinin Patobiokimya İnstitutu), Belçika, Fransa (Brest Universiteti, NANT), İtaliya (Pavia Universiteti), İspaniya (La Korunya Universiteti), İngiltərə (Vestminster Universiteti) və s. ölkələrin aparıcı universitetləri və elmi mərkəzləri ilə sıx əməkdaşlıq edir, birgə elmi tədqiqat işləri yerinə yetirilmiş, müxtəlif beynəlxalq proqramlar çərçivəsində elm və tədris sahəsində səmərəli əməkdaşlıq qurulmuşdur.

 

Biologiya fakültəsinin həyata keçirdiyi beynəlxalq layihələr:

 

09/2002-09/2004: Avropa Komissiyasının Tempus proqramı çərçivəsində MP_JEP-23070-2002 «Cənubi qafqazda biotibbi və baytarlıq təhsil üzrə milli mərkəzlərin yaradılması» layihəsi

09/2005-09/2007: Avropa Komissiyasının Tempus proqramı çərçivəsində JEP-25083-2004 «Master Sciences et Gestion de l’Environment» layihəsi

09/2007-2010: NATO-nun Elm Sülhün keşiyində proqramı çərçivəsində SfP- 982164 – «Süd turşusu bakteriyaların antimikrob və hipoallergen məhsullarının tədqiqi» layihəsi

09/2012-2015: ERASMUS MUNDUS proqramı çərçivəsində “Təhsildə davamlı inkişaf naminə transavropa mobilliyi” layihəsi

01/2010- 12/2012: Avropa Komissiyasının Tempus proqramı çərçivəsində “Cənubi Qafqazda biotibbi elmlər sahəsində elektron və məsafəli təhsilin inkişafı” layihəsi

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət