Bizim dövrümüzdə biologiya elmi təbiətdə baş verən proseslərin öyrənilməsi və cəmiyyətin inkişafı naminə istifadə edilməsi üçün zəruri biliklərin mənbəyinə çevrilmişdir. Müasir biologiya elmi insan, onun sağlamlığı, sosial mahiyyəti, psixoloji xüsusiyyətlərinə aid həyati əhəmiyyəti olan ən vacib bilik və bacarıqları, insan və təbiət münasibətlərini əhatə edir. İnsan təbiətin tərkib hissəsidir, onun təkamülünün məhsuludur. Təbiətdə baş verən bütün hadisələr birbaşa insana təsir edir. Müasir dövrdə bu hadisələr saysız-hesabsız, onların yaratdığı təsirlər isə ölçüyəgəlməz dərəcədə böyükdür. Bu baxımdan müasir biologiyanın qarşısında çoxsaylı problemlərin həlli yollarını tapmaq vəzifəsi durur. Əsrin yeni yaranan infeksion və genetik xəstəliklərin qarşısının alınması, effektiv peyvəndlərin hazırlanması, əhalinin qida məhsulları ilə təmin edilməsi, su mənbələrinin, atmosfer havasının təmiz saxlanması, torpaqların eroziyadan qorunması, meşələrin məhv olmasının qarşısının alınması... və s. bütün bunlar dövrümüzün aktual problemləri olub biologiya elminin araşdırdığı məsələlərdir. Fakültəsinin əməkdaşları geniş profildə elmi fəaliyyət göstərir, müxtəlif müsabiqə və layihələrin iştirakcıları və qalibləri olublar.
İXTİRALAR:
1. Adı: Диэтиламмоний хлорид в качестве специфического бактерицида против опасного патогена Staphylococcus aureus.
Patentin qeydiyyat nömrəsi: №037888
2. Adı: Neftlə çirklənmiş torpağın təmizlənməsi üçün biopreparat. Patentin qeydiyyat nömrəsi: a 2011 0008 Müəlliflər: İradə Babayeva, Həbibə Qasımova, Eldar Həsənov |
|
3. Adı: Südturşusu bakteriyalarını becərmək üçün selektiv qidalı mühit. Patentin qeydiyyat nömrəsi: 2007 0263 Müəlliflər: Mirmusa Cəfərov, Xudaverdi Qənbərov |
|
Biofizika və biokimya kafedrasının müəllimi Harvard Tibb Məktəbinin (Harvard Medical School) səhiyyə, təbiət elmləri və ona uyğun sahələrdə çalışan peşəkarlar üçün təşkil olunmuş professional kurslarını distant şəkildə uğurla başa vurmuş və fərqlənmə sertifikatları almışdırlar.
və Böyük Britaniyanın Kembric Universitetinin Biotexnologiya sahəsində tətbiqi online kurslarının sertifikatı ilə təltif olunmuşdur.
Elmi-tədqiqat işlərinin effektivliyi
Nəşr olunmuş elmi işlər | ||||||||
Məqalələr | Tezislər | |||||||
Cəmi | O cümlədən | Cəmi | O cümlədən | |||||
Respublikada | Xaricdə | Xaricdə | ||||||
Cəmi | Onlardan impact faktorlu jurnallarda | Cəmi | Onlardan impact faktorlu jurnallarda | |||||
2019 |
102 |
49 |
43 |
10 |
49 |
31 |
18 |
|
2020 |
105 |
26 |
51 |
28 |
32 |
10 |
22 |
|
2021 |
91 |
26 |
44 |
21 |
87 |
29 |
58 |
|
2022 |
116 |
28 |
63 |
25 |
29 |
18 |
11 |