Yüksək ixtisaslı bioloq mütəxəssislərin hazırlanması üçün aşağıdakı istqamətlərdə elmi-tədqiqat işləri aparılır:
- Azərbaycanın biomüxtəlifliyinin flora, bitkiliyi və faunasının tədqiqi və mühafizəsi
- Stress davamlılıq reaksiyalarının biofiziki, biokimyəvi, fiziologi, nanotərtibli mexanizmləri və nanohissəciklərin “yaşıl sintezi” və onların tibbi praktikada və kənd təsərrüfatında tətbiqi
- Canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi və eko-bioloji əsasları
- Azərbaycan Respublikasının əhalisində irsi xəstəliklərin yayılma tezliyinin öyrənilməsi
- Müxtəlif ekoloji şəraitdə canlı sistemlərinin davamlılığının artırılması yollarının yeni metodların istifadəsi ilə tədqiqi
- Müxtəlif coğrafi-iqlim şəraitinin və stress faktorunun Azərbaycanın kənd təsərrüfat əhəmiyyətli bitkilərinin bioloji və biotexnoloji göstəricilərinə təsirinin optimallaşdırılması yollarının tədqiqi
- Biotibbdə və ətraf mühitin bərpasında tətbiq olunacaq yeni materialların dizaynı, sintez və tətbiqi
- Mikroorqanizmlərin təbiətdən skriningi onların keyfiyyət göstəricilərinin tədqiqi
Fakültədə prioritet istiqamət: Azərbaycanda davamlı inkişafın mühafizəsi naminə biomüxtəlifliyin mühafizəsi. təbii resurslardan səmərəli istifadə və yeni yaşıl texnologiyalar və metodlardan istifadənin təminatı