“Yer günü“ ilə bağlı BDU-da “Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları” mövzusunda seminar keçirilib
“Təbiət elə bir xəzinədir ki, burda insanlar üçün nə qədər istəsən, ibrətamiz və faydalı şeylər vardır”. H.Zərdabi
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və Mədəniyyətşunaslıq kafedrasının və Biologiya fakültəsinin təşəbbüsü ilə “Həsənbəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları” mövzusunda tələbələrin və müəllimlərin iştirakı ilə 22 aprel - “Yer günü”nə həsr olunmuş seminar keçirildi.
Seminarın açılışında Biologiya fakültəsinin dekanı Afət Məmmədova qonaqları salamlayaraq, Həsən bəy Zərdabinin təbiətşunaslıq elminə böyük töhfələr verdiyini bildirmişdir. O, qeyd etmişdir ki, təbiətə qayğı və ətraf mühitin qorunması Həsən bəy Zərdabinin amalı olmuşdur. Onun təbiətlə, təbiətşünaslıqla bağlı təbiət və insan harmoniyasını təcəssüm etdirən elmi əsərləri öz zamanına görə təbiətşünaslıq elminə, xüsusilə Azərbaycan təbiətşünaslığına mühüm töhfə olmuşdur. Afət Məmmədova çıxışının davamında bildirmişdir ki, Həsən bəy sankiikiyüzilbundan əvvəl ekologiyamızda bügünküdurumugörür, insanların təbiətdən harmonik və ölçü-biçili istifadəsinin istiqamətlərini müəyyənləşdirirdi: Hazırda təbiətimiz və ekologiyamızla bağlı qəbul edilən dövlət proqramları, qərar və sərəncamlar xalqımızı, haqlı olaraq, ümidləndirir, təbiətin qorunmasını gücləndirir. Bu, həm də böyük təbiət alimi Həsən bəy Zərdabinin xatirəsinə dövlətimizin ehtiramı kimi qəbul edilə bilər.
BDU-nun Fəlsəfə Tarixi və Mədəniyyətşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova çıxışında Həsən bəy Zərdabinin həyat və yaradıcılığından, “Əkinci” qəzetində maarifçilik fəaliyyətindən və milli elmimizə, təhsilimizə və mədəniyyətimizə töhfələrindən bəhs edərək tələbələri görkəmli və fədakar maarifçimiz Zərdabinin həyat yolu və təbiətşunaslıqla bağlı əsərləri ilə dərindən tanış olmağını və görkəmli alimlərimizin, maarifçilərimizin ölkəmiz üçün miras qoyduqları elmi əsərləri öyrənməyi, milli mədəni dəyərlərimizi qorumağı tövsiyə etdi. O bildirdi ki, böyük vətənpərvər Zərdabi milli düşüncənin yüksəlməsində çıxış yolunu yalnız təhsildə, elmdə görürdü, xalqı maarifə, mədəni tərəqqiyə çağırır, bütün gerilik hallarını tənqid edirdi. O, elmi-publisistik ideyalarında və sosail-siyasi baxışlarında xalqın maariflənməsinə böyük əhəmiyyət verirdi.
Seminarda təqdimatla çıxış edən BDU-nun Fəlsəfə Tarixi və Mədəniyyətşünaslıq kafedrasının müəllimi, tədqiqatçı-jurnalist Elçin Sərdarov “Həsən bəy Zərdabinin cəmiyyətin ekoloji təfəkkürün formalaşdırılmasında elmi-publisistik fəaliyyəti” mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda Həsən bəy Zərdabinin təhsildə, elmdə və ictimai fəaliyyətlərində uğurları, “Cəmiyyəti-Xeyriyyə” təşkilatındakı fəaliyyəti, “Əkinçi” qəzetində dərc edilmiş “Torpaq, su və hava” ,” İnsanın həyatında işıq”, “Gigiyena”, “Təbii seçmə” və “İnsanın mənşəyi” əsərləri, “Çiçəklərin və ağacların əkilməsi bayramı”, “Bakı quberniyasının Quba qəzasının su hövzəsi kimi əhəmiyyəti haqqında” məqalələri haqqında məlumatlar öz əksini tapməşdır. Seminar zamanı tələbələr Zərdabinin təbiətlə insanın arasında harmoniyanın olması, meşələrin və içməli suların qorunmasına aid müdrik kəlamlarını yada saldılar, müasir dövrdə ölkəmizdə təbiətin mühafizəsinə göstərilən dövlət qayğısı, Zaqatala Dövlət Təbiət Qoruğu (Zaqatala, Balakən rayonları), Şuşanın təbiəti (“Xarı bülbül”gülün tarixçəsi), Milli Parkların (Qusar, Quba rayonları), Hirkan Milli Parkı (Astara, Lənkəran rayonları), Göygöl Milli Parkı (Göygöl, Daşkəsən, Goranboy rayonları) ilə bağlı fotoşəkillərlə tanış olub, müzakirələrdə iştirak ediblər.