“Yazın müjdəçisi” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin Biologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Jurnalistika fakültələrinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Yazın müjdəçisi” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Biologiya fakültəsinin dekanı Afət Məmmədova müəllim-tələbə heyətini bayram münasibəti ilə təbrik etdi, milli mənəvi həmrəylik bayramı olan Novruzun xalqımız tərəfindən hər il coşqu ilə keçirilməsinin əhəmiyyətini vurğuladı. A. Məmmədova gənclərə ölkə rəhbərliyinin uğurlu siyasəti ilə Azərbaycanın bərpa olunmuş suverenliyinin və insanlaın rifahı naminə təbiətinin qorunmasını davamlı edərək hər kəsin gndəlik hyat tərzi olmasını tövsiyə etdi.
Sonra Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev təbrik çıxışında milli adət-ənənələrimizin xalqımızın həyatındakı rolundan bəhs edərək, xalq arasında əlaqələr gücləndirliyini və bir-birinə yardım edərək qarşılıqlı məhəbbət və hörmət hissləri artırdığını bildirdi.
Daha sonra Biologiya fakültəsinin dosenti Sevda Tahirli Novruz bayramının tarixi haqqında faktları iştirakçıların diqqətinə çatdırdı və qeyd etdi ki, olduğumuz məkan və zamandan asılı olmadan milli kimliyimizi formalaşdıran ənənələrimizi gələcək nəsillərə ötürməliyik.
Sonda fakültələrin fəallarının hazırladığı bədii hissədə milli musiqilər, sənhəciklər və rəqslərlə davam etdi.