Xocalı faciəsini unutmuruq!
23.02.2023-cü il tarixində Biologiya Fakültəsində “Xocalı faciəsini unutmuruq” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi. Soyqırım nəticəsində həlak olanların, Vətən uğrunda bütün şəhidlərimizi, Türkiyədə dəhşətli zəlzələ zamanı həlak olan soydaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edildi. Fakültənin dekanı Afət Məmmədova çıxış edərək əsrin faciəsi olan Xocalı soyqırımını yaddaşımıza tarixin qanlı səhifəsi kimi həkk olunmasını qeyd etdi O, həmçinin tarixi abidələri, mədəniyyəti ilə fərqlənən, strateji önəmə malik Xocalı şəhərinin erməni vəhşilərinin işğalı nəticəsində xarabalığa çevrilməsindən də danlşdı. Daha sonra Universitetin Tələbə Həmkərlar İttifaqı komitəsinin sədri Hacıbaba Mustafayev “Xocalı insanlığa qarşı cinayət” adlı filmin hazırlanmasından məlumat verdi və filmdən fraqmentləri təqdim etdi. Xocalı hadisəsinin tarixi faktlarını tarixçi alim dosent Boran Əziz tədbir içtirakşılarına çatdırdı. Təbirdə Biologiya fakültəsinin professoru Canbaxış Nəcəfov öz həyatı dövründə dünyaya göz açdığı bölgədə ermənilərin törətdiyi hadisələrdən tələbələrə söhbət açdı. Həmçinin tədbirdə tələbələr Qasımlı Aydan Xocalı faciəsinə həsr olunmuş özəl hazırladığı təqdimatı , Qarayeva Nərmin videoçarxı təqdim etdi. Hüseynov Kəmaləddin Xocalı şeirini səsləndirərək tədbir iştirakçılarını kövrəltdi.
Biz Xocalı faciəsini unutmamalıyıq!!! Bu bizim mənəvi borcumuzdur!