“ELM GÜNÜ” SİLSİLƏSINDƏN NÖVBƏTİ TƏDBİR KEÇİRİLMLŞDİR
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Elm günü” ilə bağlı silsilə tədbirlər sırasında 29 mart 2022-ci il tarixində saat 12:00-da 445 saylı auditoriyada elmi seminar keçirildi. Seminarda Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev “Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələri” adlı məruzə ilə çıxış etdi. Məruzənin mövzusu Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələrinin canlıların ən əsas funksiyalarından olmasını, orqanizmin bütün fəaliyyətinə təsir etməklə onun sayını, yayılmasını, həyat tərzini, davranışını, digər orqanizmlərlə qarşılıqlı münasibətlərini və s. müzakirəsi oldu.
Xəzərin cənub-qərb sahilinin ayrı-ayrı biotoplarının geniş zolaqlılığı, ərazinin çoxşaxəliliyi və miqrasiya yollarının qovşağında yerləşməsi quşların məskunlaşması üçün mühüm əhəmiyyət kəsb edir. Mərkəzi və Şimali Avropadan, Rusiyanın şimalından, Orta Asiyadan, Yaxın Şərq və Şimali Afrikadan gələn quş növlərinin müxtəlif populyasiyaları ərazidə qışlamaq, nəsil vermək, yuvalama və qışlama yerləri arasında qısa müddətli dincəlmək, bəzilərinin isə bütün ilboyu istifadə etməsi növdaxili və növlərarası münasibətlərin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Elmi seminarda quşların trofik və biotopik əlaqələrinin geniş spektrinin ekosistemlərin vəziyyətini, baş verən dəyişiklikləri bioindikator kimi istifadə etməyə imkan verməsi və müxtəlif infeksion xəstəliklərin yayılmasına şərait yaradan onurğalı və onurğasız heyvanların bioindikatoru kimi quşların xüsusi əhəmiyət kəsb etməsi [quş qripi və s.] müzakirə olundu.