Web of Science jurnalında məqalə dərc olunub
Bakı Dövlət Universitetinin (BDU) Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Tağıyev Əbülfəz, kafedranın doktorantı Natəvan Kərimovanın həmmüəllif olduqları “Xəzər dənizində suyun səviyyəsinin enməsinin qizilağac körfəzində oturaq quş populyasiyalarinin çoxalma davranişina təsiri” (“influence of water level reduction in the caspian sea on the breeding behaviour of sedentery bird populations in gizilaghaj bay”) adlı elmi işi “Web of Science - Core Collection (Emerging Sources Citation Index)” elmmetrik bazasına daxil olan “Egyptian Journal of Veterinary Sciences (EJVS)” jurnalında dərc olunub.
Tədqiqatlar zamanı Qızılağac körfəzində reproduksiya dövründə 11 dəstə, 21 fəsilə, 29 cinsə aid 41 növ oturaq quş populyasiyası müxtəlif biotoplarda qeydə alınmış, onların çoxalma davranışlarında baş verən dəyişikliklər öyrənilmişdir.
https://ejvs.journals.ekb.eg/article_302128.html