Web of Science jurnalında məqalə dərc olunub
Azərbaycan Milli Elmlər akademiyasının vitse-prezidenti akademik İradə Hüseynovanın Bakı Dövlət Universitetinin, Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovla birgə həmmüəllif olduğu “Green synthesis and evaluation of antipathogenic, antioxidant, and anticholinesterase activities of gold nanoparticles (Au NPs) from Allium cepa L. peel aqueous extract (Allium cepa L. qabığının sulu ekstraktından alınmış qızıl nanohissəciklərin (Au NPs) antipatogen, antioksidant, antikolinesteraz fəaliyyəti)” adlı elmi məqalə Web of Science elmmetrik bazasına daxil olan (İF: 4.05) “Biomass Conversion and Biorefinery” jurnalında çap olunub.
https://link.springer.com/article/10.1007/s13399-023-04362-y
Tədqiqatın əsas məqsədi qızıl nanohissəciklərin ekoloji cəhətdən təmiz və səmərəli üsulla sintez edilməsi olmuşdur. Yaşıl sintez Allium cepa (AC) qırmızı qabıq (dəri) ekstraktından istifadə edərək həyata keçirilmişdir və əldə olunan qızıl nanohissəciklərin antibakterial və antioksidant fəaliyyəti,həmçinin asetilkolinesteraza (AChE) və butirilxolinesteraza (BChE) fermentlərinə inhibitor təsiri araşdırılmışdır. UV-Vis spektrofotometrdə 564 nm dalğa uzunluğunda udulmanın baş verməsi sintez olunan nanohissəciklərin məhs qızıl olduğunu təsdiq etdi. TEM şəkillərindən isə məlum oldu ki, nanohissəciklər əsasən sferik formalıdırlar, ölçüləri isə 6.08-54.20 nm arasında dəyişir.