Vayoming Universitetinin elmi işçisi tərəfindən seminarı keçirildi
Bakı Dövlət Universitetində Ürək çatışmazlığı zamanı baş verən dəyişikliklərdə yaş- və cins- fərqləri adlı elmi seminarı keçirilmişdir
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 15 mart 2023-cü il tarixində BDU-nin Biologiya fakültəsinin keçmiş məzunu, hazırda ABŞ -nın Vyoming Universitetinin elmi işçisi, phd Yusifov Ayxan Fərrux oğlu “Ürək çatışmazlığı zamanı baş verən dəyişikliklərdə yaş- və cins- fərqləri” mövzusunda elmi seminarı keçirildi.
Seminarda məruzəçi ürək çatışmazlığı zamanı qanda katekolaminlərin miqdarının kəskin artmasının necə baş verdiyini izah etdi. Məruzəçi qeyd etdi ki, katekolaminlər ürəkdə Adrenergik Reseptorlara (AR) birləşir və ürək çatışmazlığına gətirib çıxardır. Tibbdə AR-un həddindən artıq stimulyasiyasının zərərli təsirləri ətraflı öyrənilib və AR bloklayan dərmanların , β- blokerlərin hal-hazırda ürək çatışmazlığının müalicəsində ən önəmli dərmanları olması məlumdur. Lakin müalicə prosesində həm cavan həm də yaşlı xəstələrə, o cümlədən qadınlara verilən bu dərmanların fərqli nəticələrə səbəb olması məlum olub. Bu fərqli nəticələrin səbəbini öyrənmək üçün, AR aktivləşdirilməsinin yaş- ve cinsə görə spesifik fərqləri aydınlaşdırılmalıdır. Yusifov Ayxan bu fərqləri öyrənmək üçün AR aktivləşdirilməsini isoproterenol (ISO) preparatından istifadə etməklə gəmirici modelində öyrəndiyini və bu preparatı dişi və erkək olmaqla yeniyetmə (4 həftəlik), orta yaşlı (4-6 ay) və yaşlı (18 ay) C57Bl6 siçanlarına tətbiq etdiyini auditoriyaya çatdırdı. O qeyd etdi ki, yaş və cinsdən asılı olaraq AR stimulyasiyası fərqli cavablara səbəb olur və bu fərqlər ürək morfologiyası, sistolik funksiya və aktivləşdirilən genlər səviyyəsində müşahidə olunur. Məruzəçi eyni zamanda adrenergik reseptor zəncirinin aktişləşdirilməsində müşahidə olunun bu fərqləri başa düşmək üçün bütöv reseptor zəncirində baş verən dəyişikləri araşdırmışdır. Elmi tədqiqatın nəticəsi kimi β-AR genlərinin ekspresiyyasında, kinaz (kinase) aktivliyində və mioflament zülallarının fosforlaşmasında yaş- və cins fərqləri müşahidə etmişdir. Əlavə olaraq o qeyd etdi ki, idman ürək çatışmazlığında bu günə qədər tapılmış ən kardio-qoruyucu bir metod olduğundan, erkən yaşlarda idmanın hələ inkişaf etməkdə olan ürək plastikasını daha effektiv qoruyucu rol oynaya biləcəyi nəticəsinə gəlmişdir.Tədqiqatçı auditoriyaya çatdırdı ki, onun apardığı elmi nəticələr əsas verir ki, ürək çatışmazlığında istifadə edilən β- blokerlərin istifadəsi zamanı xəstənin yaşı və cinsi nəzərə alınmalıdır, əlavə olaraq AR aktivləşdirilməsində fərqlər daha dərindən araşdırılmalıdır. Yusifov Ayxan sonda qeyd etdi ki, erkən yaşlarda idman hərəkətləri ürəkdə elə dəyişiklər yarada bilir ki, illər sonra bu dəyişikliklər hesabına ürək stressin öhdəsindən daha yaxşı gələ bilir.