Viruslara həsr olunmuş elmi seminar keçirildi
Biologiya Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Biologiya fakültəsində "Viruslar: Təhlükə və Elmin Kəsişdiyi Nöqtə" mövzusunda elmi seminar uğurla baş tutub. Tədbirdə fakültənin 2-ci kurs tələbələri Adıgözəlzadə Dilavər və Ağabalayev Eltən çıxış ediblər.
Seminarda virusların quruluşu, orqanizmə daxilolma yolları, çoxalma prosesi və immun sistemindən yayınma strategiyaları haqqında ətraflı məlumat verilib. Təqdimatlarda virusların yalnız xəstəlik törədən agentlər kimi deyil, həm də biotexnologiya və tibbdə mühüm alət kimi istifadə perspektivləri vurğulanıb.
Tədbir tələbələr və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb, iştirakçılar arasında mövzu ətrafında aktiv müzakirələr aparılıb.
Bu cür seminarlar gənc tədqiqatçıların elmi dünyagörüşünün formalaşmasında və biliklərinin dərinləşməsində mühüm rol oynayır.