“Ünsiyyət bacarıqları, bədən dili” adlı təlim keçirilmişdir
Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Biologiya fakültəsi üzrə üzvləri üçün “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri Samrin Xanlayev tərəfindən “Ünsiyyət bacarıqları, bədən dili” adlı təlim keçirilib.
Təlimdə ünsiyyətin müxtəlif formaları haqqında tələbələrə ətraflı məlumat verilib. Bədən dilinin kommunikasiya bacarıqlarına təsiri və ünsiyyətin əsas faktoru olduğu vurğulanıb. Təlimçi ünsiyyət zamanı xüsusi istifadə olunan bədən dilinin incəliklərindən, danışıq zamanı insan fikirlərinin analizi, əl jestləri, gözlərlə jestlərin edilməsi haqqında tələbələri məlumatlandırıb.
Təlim mövzu haqqında simulyasiya oyunu ilə davam edib.