Ümumdünya Bioloqlar Gününə həsr olunmuş seminar keçirilib
BDU Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 16 Aprel Ümumdünya Bioloqlar Gününə həsr olunmuş “Mikroorganizmlərin bioindikator kimi su hövzələrinin ekoloji qiymətləndirilməsində rolu” adlı elmi seminar keçirilmişdir. Tədbirdə Fakültə rəhbərliyi, Kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Biologiya fakültəsinin dekanı Afət Məmmədova Bioloqlar Günü münasibətilə ilə əməkdaşları və tələbələri təbrik etdi, ətraf mühitin qorunmasında bioloqların əhəmiyyətli rolundan bəhs etdi.
Daha sonra tədqiqatın rəhbəri Biotibbi materiallar kafedrasının dosenti Samirə Şəfiyeva ikinci kurs tələbələri Lalə Miriyeva və Tərlan Oruczadə “Mikroorganizmlərin bioindikator kimi su hövzələrinin ekoloji qiymətləndirilməsində rolu” mövzusunda təqdimat etdilər.
Lalə Miriyeva təqdimat zamanı bioindikasiya sahəsindı aparılan kimyəvi, fizioloji və bioloji metodlardan bəhs edərək bioloji metodun biondikasiya və biotest üsulu diğər üsullardan daha üstün olduğu bildirdilər. Tərlan Oruczadə Xəzər suyunda müəyyən edilmiş canlı orqanizmlər və onların bioindikasiya rolunu vurğuladı.
İştirakçıların diqqətini cəlb edən tədqimatla bağlı geniş fikir mübadiləsi aparıldı və suallar cavablandırıldı.