"Uğurlu liderliyin mükəmməl nümunəsi" mövzusunda tədbir
25 oktyabr 2024-cü il tarixində Biologiya fakültəsində "Uğurlu liderliyin mükəmməl nümunəsi" mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon “Z.Xəlilov küç. 33” ünvanı üzrə (BDU) ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, Biologiya fakültəsinin dekanı Afət Məmmədova, fakültənin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Z.Xəlilov küç. 33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov iştirakçıları salamlayaraq müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən bəhs edib. O, vurğulayıb ki, Azərbaycanda güclü liderlik nümunəsini Heydər Əliyev yaratmışdır! Ulu Öndər çox çətin daxili və beynəlxalq vəziyyətdə Azərbaycanı həm xilas etmiş, həm də uğurlu müstəqil dövlət quruculuğu xəttinə çıxarmışdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova öz çıxışında bildirib ki, Heydər Əliyevin liderliyində siyasi məharət zəngin təcrübə və strateji zəka ilə birləşir. Müstəqil Azərbaycan dövləti Prezidentimiz, Ali baş komandan İlham Əliyevin liderliyi ilə daha böyük gələcəyə doğru qətiyyətlə addimlamaqda davam edir. Bu gün Azərbaycanın əldə etdiyi uğur və zəfərlərin arxasında böyük gənclər ordusu dayanır. Dövlətimiz gələcəyimizin memarları olan gənclərimizə hər zaman diqqət və qayğı ilə yanaşmışdır. Həm yerli, həm beynəlxalq konteksdə Azərbaycanı müvəffəqiyyətlə təmsil edən gənclər haqq səsimizin dünyaya çatdırılması istiqamətində dayanmadan işlər görürlər. Biz də əlimizdən gələni edirik ki, tələbələrimiz savadlı bioloq kimi yetişməklə yanaşı, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilən vətəndaş kimi formalaşsınlar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv olan əməkdaşlara partiya vəsiqələri təqdim olunub və onlara gələcək siyasi-ictimai fəaliyyətlərində uğurlar arzulanıb.