Tələbələrin təqdimatında nümunəvi dərs keçdi
8 may 2023-cü il tarixində Biologiya faklutəsinin Biologiya müəllimliyi ixtisasının III kurs 144A qrupu tələbələri Hüseynova Məryəm və Hüseynzadə Şahxanım “Müəllimin peşə etikası” fənni üzrə “Müəllimin peşəsinə müasibəti. Pedaqoji optimizm təhsilalanın uğur açarı kimi” mövzusunda mühazirə dərsi demişlər. Məruzəçilər mühazirə dərsinin onların hər biri üçün ayrılıqda nəzərdə tutulmuş 45 dəqiqəsində müstəqil şəkildə materialı izah etmiş, auditoriya ilə dialoq quraraq maraqlı müzakirələr açmışlar. Mövzunun izahı zamanı prezentasiyaya daxil edilmiş foto, video əlavələr materialın daha yaxşı mənimsmənilməsində gözəl vasitə kimi diqqət çəkmişdir. Dərsdə fakültənin dekan müavini Kəmalə Əsədova və kursun digər qruplarından tələbələr iştirak etmişlər. Sonda K.Əsədova və fənn müəllimi dos.S.Tahirli tələbələrin bu təşəbbüsünü alqışlamış, uğurlu addım üçün təbrik etmişllər.