Tələbələrimiz maraqlı tədbirdə iştirak edib
18 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələri AWWA (Aesthetic & Wellness World Academy) akademiyasında “PİROQOV” interaktiv cihazının təqdimatında və “Axtaran tapar” adlı viktorinada iştirak etmişlər. Viktorina “PİROQOV” interaktiv anatomik kompleksinin istifadəsini nəzərə tuturdu. Tələbələr iki komandaya bölünmüşlər və 4 turdan ibarət yarışmada iştirak etmişlər. Tələbələr yeni avadanlıqdan məharətlə istifadə etmiş, maraqlı sual və tapmacalar hazırlayaraq təqdim etmişlər. Tədbirdə bildirilmişdir ki, gələcəkdə bu avadanlığın istifadəsi anatomiya fənninin öyrənilməsini daha maraqlı və səmərəli edəcəkdir. Tədbirdə BDU-nun Biologiya kafedrasının dosenti Ruhəngiz Babayeva, AWWA-nın Tədris Proqramları üzrə direktoru Validə Cəlilova, AWWA-nın tədris sahəsi üzrə rəhbəri Leyla Səlimova, AWWA Proqram Meneceri Hafisə Hüseynova və istehsalçı “Razvitie” MMC-nin Azərbaycandakı nümayəndəsi Fikrət Paşayev iştirak ediblər. Rusiya universitetlərinin, kolleclərinin, ümumtəhsil məktəblərinin, peşə və əlavə təhsil mərkəzlərinin təcrübəsindən göründüyü kimi, "PiROGOV" anatomik kompleksi ali təhsil müəssisələrində "Anatomiya" və "Biologiya" fənlərinin yüksək keyfiyyətli tədrisi üçün uğurla istifadə edilir.
“PIROQOV” bütün morfoloji fənlərin tədrisi üçün tədris materialını özündə birləşdirir və tədris metodologiyasından asılı olmayaraq tədris prosesinin keyfiyyətini təmin edir.
“PIROGOV” anatomik 3D atlası insan orqanizminin və onun bütün orqanlarının canlı ölçüdə real üçölçülü modelidir ki, bu da orqanizmin yüksək dəqiqliklə və müfəssəl “rəqəmsal parçalanmasına” və anatomiyanın sistemli, təbəqə-lay, bədən hissəsi və hər bir orqan tərəfindən ayrıca öyrənilməsinə imkan verir.
Yarışın sonunda AWWA-nın Tədris Proqramları üzrə direktoru Validə Cəlilova universitet və fakültə rəhbərliyinə təşəkkür etmiş, yarışda iştirak edən tələbələr sertifikatla təltif edilmişlər.