Tələbələrimiz "I və II Fəxri Xiyaban"ı ziyarət etmişlər
Bakı Dövlət Universiteti Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə bir qrup tələbə "I və II Fəxri Xiyaban"ı ziyarət etmişlər. Onlar I Fəxri Xiyabanda ilk öncə Dünya azərbaycanlılarının ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Xalqımıza, Vətənimizə əbədi şöhrət gətirmiş Heydər Əliyevin məzarını ziyarət etmişlər. Bundan sonra tələbələr Fəxri Xiyabanda torpağa tapşırılmış elm, ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinin, ikinci dünya müharibəsi illərində alman faşistlərinə qarşı döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş insanların, iqtisadiyyatin, kənd təsərrüfatınin müxtəlif sahələrində çalışaraq fərqlənmiş, fəxri adlar almış əmək adamlarının məzarını ziyarət etmişlər.
Daha sonra tələbələr II Fəxri Xiyabanda vətənimizin ərazi bütövlyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın, 44 günlük müharibə şəhidlərimizin məzarlarını ziyarət etmiş, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar