Tələbələr üçün növbəti seminar
BDU-nun Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən "Xarı bülbüllər" qızlar klubunun təşkilatçılığı ilə 28.04.2024-cü il tarixində Psixologiya kafedrasının dosenti Allahyarova Sevinc Ağavəli qızının təqdimatında "Müasir ailəyə psixoloji yanaşma" mövzusunda onlayn seminar keçirilmışdir. Məruzəçi çıxışında bildirib ki, ailə mürəkkəb sosial qrupdur. Insan birliyinin ilk formalarından biri olan ailə özündə bilavasitə fərdi və kollektiv başlanğıcları birləşdirir. Bununla da, sosial ideyaların və davranışın meyarının mənbəyi kimi çıxış edir. Ailə uşağın dünyagörüşünü formalaşdırır, onun əxlaqını, mənəvi aləmini, sosial mədəni özəyini yaradır. Dos. S.Allahyarova ailənin tarixi ənənələrin vacib ünsürlərindən biri olduğunu qeyd edərək onun yeni nəsildə şüur streotipləri, davranış və hərəkət qaydaları haqqında təsəvvürlər yaradır, sosial təcrübəni nəsildən-nəsilə ötürdüyünü vurğulayıb. Ailə eyni zamanda həm sosial, həm də kiçik qrupdur. Seminarda ailə dəyərləri, ailə münaqişələri, problemlər, onların aradan qaldırılması yolları və s. haqqında da tələbələrə maraqlı məlumatlar verilmişdir. Sonda tələbələri maraqlandıran suallar hərtərəfı cabablandırılmış və məhsuldar diskussiya baş tutmuşdur.