Tələbələr Təbiət Tarixi Muzeyində
Biologiya fakültəsinin “Biologiya müəllimliyi’’ ixtisası üzrə təhsil alan II kurs tələbələri fənn müəllimi Zoologiya və fizologiya kafedrasının dosenti Saleh Əliyevin rəhbərliyi ilə Həsən bəy Zərdabi adına “Təbiət Tarixi Muzeyi’’-nə ekskursiya etmişlər. Muzey Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun tərkibində fəaliyyət göstərir. Tələbələr Zoologiya şöbəsində müasir və geoloji keçmişdə yaşamış onurğasız və onurğalı heyvanların skeletləri, müqəvvaları, izləri, xüsusi məhlullarda saxlanılan cəsədləri ilə tanış olmuşlar. Muzeydə dördüncü dövrə aid olan Binəqədi, Pirəkəşkül, Eldar hipparion, Mingəçevir və s. kolleksiyalar tələbələrin marağına səbəb olmuşdur.