Tələbələr "Təbiət Tarixi Muzeyi"ndə
20 Fevral 2024 12:05

Bakı Dövlət Universitetinin Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr Həsən bəy Zərdabi adına "Təbiət Tarixi Muzeyi"nə ekskursiya etmişlər.
H.Zərdabi adına Təbiət Tarixi Muzeyində Azərbaycanın zəngin təbii sərvətləri əks olunduğu eksponatlar mövcuddur. Ekskursiya zamanı tələbələr muzeydəki eksponatlarla tanış olmuşlar. Tələbələrə muzeyin zoologiya, paleontologiya və geologiya bölmələrində saxlanılan nadir eksponatlar haqqında məlumat verilmişdir. Muzeydə IV dövrə aid olan Binəqədi, Pirəkəşkül, Eldar hipparion, Mingəçevir və s. kolleksiyalar tələbələrin xüsusi marağına səbəb olmuşdur.
Son XƏBƏRLƏR
26.10.2026 | 11:25
Gender bərabərliyi və sağlam münasibətlər mövzusunda təlim keçirilib
20.10.2026 | 14:15
Biologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib
19.10.2026 | 14:07
Biologiya fakültəsinin I kurs tələbələri Universitetin muzeylərini ziyarət ediblər
15.10.2026 | 14:19