TƏLƏBƏLƏR QUBADA ÇÖL-TƏDRİS TƏCRÜBƏSİ KEÇİRLƏR
Biologiya fakültəsinin Bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarında təhsil alan buraxılış kurs tələbələri tədris planına uyğun olaraq mayın 15-də Quba rayonunda çöl-tədris təcrübəsində olublar.
Çöl-tədris təcrübəsi zamanı tələbələr biologiya sahəsində praktiki biliklər əldə ediblər. Onlar çöl şəraitində elmi müşahidə metodlarını tətbiq edərək, müxtəlif bitki və heyvan növlərinin yaşayış mühitini öyrənib, həmçinin bitkilərin morfoloji xüsusiyyətlərini təhlil ediblər. Zooloji tədqiqatlar çərçivəsində müxtəlif növ canlıların areallarını müəyyənləşdirib, onların populyasiya sıxlığını müşahidə ediblər. Təcrübə prosesi tələbələrə təbiətlə birbaşa ünsiyyət qurmaq, ekoloji tarazlığı və biomüxtəlifliyi daha dərindən anlamaq imkanı verib, onların gələcək elmi fəaliyyətləri üçün mühüm baza rolu oynayıb, eləcə də nəzəri biliklərini təcrübi fəaliyyətlə möhkəmləndirməyə imkan yaradıb.