Tələbələr istehsalat bacarıqlrını yüksəldirlər
Biologiya fakültəsinin dördüncü kurs tələbələri “Azerbaijan Fish Farm” MMC, “Biyan products” MMC, "Azərfarm" LTD, Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Əczaçılığın idarə edilməsi laboratoriyasında istehsalat təcrübəsində olmuşlar. “Azerbaijan Fish Farm” MMC-də tələbələrə ixtisaslaşmış damazlıq təsərrüfatının fəaliyyəti, zavodda quraşdırılmış müasir standartlara cavab verən qurğuların iş prinsipi izah edilmiş, nərə növləri ilə tanış olmuşlar. Biyan zavodunda təcrübə zamanı tələbələrə bildirilmişdir ki, müəssisənin yaradılmasında məqsəd müasir texnologiyalardan istifadə edərək, emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır. Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə biyan tədarükü və emalı zavodu, bitki ekstraktı və sirop zavodu və digər yardımçı binalar daxildir. Tələbələr zavodun iş prinsipi ilə tanış olmuş, dərmanlarım alınma texnologiyası izah edilmişdir. Əczaçılıq kafedrasında təcrübə zamanı kafedranın professor-müəllim və laborant heyəti müxtəlif növ dərman preparatlarının formasının, tərkibinin hazırlanması, təbii yollarla hazırlanmış məlhəmlərin hazırlanma prosesi, istifadə olunan müasir texnologiyalarla hazırlanmış cihaz və qurğuların istifadə qaydası barədə tələbələrə məlumat vermişlər. "Azərfarm" LTD şirkəti yerli istehsalla məşğul olur və əsasən digər ölkələrdən idxal olunmuş yarımfabrikat məhsulların ikinci istehsalını sona çatdırır və bir çox yerli istehsalı həyata keçirir. Təcrübə müddətində tələbələr şirkətdə müxtəlif farmakoloji qruplardan olan tablet, kapsul, məlhəm, inyeksiya, məhlul və şərbət formalı 70-ə yaxın dərman preparatının istehsalat prosesi ilə tanış olmuşlar.