Tələbələr çöl tədris təcrübəsində
25 May 2023 19:57

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarının buraxılış kurs tələbələri tədris planına uyğun olaraq 19.05 və 26.05.2023-cü il tarixlərində Şamaxı, Quba və Lənkəran rayonlarına çöl-tədris təcrübəsinə gediblər.
Tələbələr Lənkəran rayonunda Hirkan Milli Parkında və Qızılağac Dövlət Təbiət Qoruğunda tədris təcrübəsi keçmiş, Şamaxı rayonunda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olmuşlar. Quba rayonunda isə tələbələr BDU-nun Tədris-təcrübə bazasında olmuş, ərazinin fiziki-coğrafi şəraiti, flora və fauna biomüxtəlifliyi ilə tanış olmuş, bəzi nümunələr toplamışlar.
Son XƏBƏRLƏR
20.10.2026 | 14:15
Biologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib
19.10.2026 | 14:07
Biologiya fakültəsinin I kurs tələbələri Universitetin muzeylərini ziyarət ediblər
15.10.2026 | 14:19
Biologiya fakültəsi TEC-in növbəti elmi seminarı keçirilib
07.10.2026 | 09:50