Tələbələr “Coca-Cola” şirkətinin zavodunda
Biologiya fakültəsinin Biotexnologiya ixtisasında təhsil alan bir qrup tələbə “Coca-Cola” şirkətinin zavodunda olublar. Tələbələr səfər müddətində Coca-Colanın yaranma tarixi, şirkətin məhsullarının keyfiyyət göstəriciləri, keyfiyyət analizi laboratoriyaları və istehsalat prosesi ilə tanış olublar. Suyun yüksək keyfiyyətli filtrlərlə təmizlənməsi, plastik qablaşdırmaların istehsalı, konveyerlərdə hazır məhsulun qablara tökülməsi prosesləri də tələbələrə əyani olaraq göstərilmişdir. Biologiyanın Biotexnologiya sahəsinin şirəli içkilərin istehsalatında vacib rolu da qeyd edilmişdir. Tələbələr həm də istehsal prosesi ilə əlaqədar müasir standartlar haqqında şirkətin əməkdaşı tərəfindən təqdimatı dinləyiblər.