TEC-in növbəti seminarı keçirilib
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Xərçəng, xərçəng hüceyrələri, genomu, diaqnostikası, terapiya metodları” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə əlaqədar TEC-in Biologiya fakültəsi üzrə elmi rəhbəri, Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov və III kurs tələbələri Əfsanə Baxışzadə, Sona Dünyamalıyeva, Ləman Ağayeva və Gülənbər Əhmədova çıxış etdilər. Məruzəçilər xərçəng xəstəliyi, terapiya metodları və bu sahədə əldə edilmiş elmi nailiyyətlər haqqında auditoriyaya geniş məlumat verdilər. Hazırda xərçəng xəstəliyində yeni tətbiq olunan müalicə üsulu - immunoterapiya, CAR-T və CRISPR-Cas9 haqqında fikirlərini bölüşdülər. Çıxışın sonunda müəllimlərin və tələbələrin sualları ətraflı cavablandırıldı. Mövzu ətrafında maraqlı müzakirələr aparıldı. Sonda fakültə dekanı Afət Məmmədova belə seminarların keçirilməsini əhəmiyyətini qeyd etdi və seminar iştirakçılarına, məruzəçilərə təhsildə və gələcək tədqiqatlarında müvəffəqiyyətlər arzu etdi