TEC-in elmi seminarı keçirilib
Bakı Dövlət Universiteti Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 4-cü kurs tələbəsi Məryəm Hüseynova tərəfindən “Amfibi və sürünənlərin yerdəyişmə və oriyentasiyası” mövzusunda məruzə təqdim edib.
Məruzəçi çıxışı zamanı amfibi və sürünənlərin hərəkət nümunələri - yerdəyişmə, miqrasiyalar, bu yerdəyişmələrin tədqiq edilməsi metodları, məkan davranışı və oriyentasiya, bunlar üçün istifadə edilən sensor mexanizmlər haqqında geniş məlumat verdi.
Məryəm Hüseynova qeyd etdi ki, bu yerdəyişmələri tədqiq etmək üçün ilk növbədə fərdi yaşayışı, adaptasiya xüsusiyyətlərini və fərdin yerdəyişmə bacarığını müəyyənləşdirmək lazımdır. Müasir dövrdə urbanizasiyanın, iqlim amillərinin kompleks şəkildə heyvanat aləminə mənfi təsirləri, onların nəticələri haqqında məlumatlar auditoriyanın nəzərinə çatdırıldı.
Çıxışın sonunda tələbələrin sualları məruzəçi tərəfindən ətraflı cavablandırıldı.