TEC elmi seminar keçirdi
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Qapalı ekoloji sistemlər” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə əlaqədar TEC-in Biologiya fakültəsi üzrə elmi rəhbəri, Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov və II kurs tələbəsi Səkinəxanım Qasımova çıxış etdilər. Nurlan Əmrahov seçilmiş mövzu haqqında iştiraçılara məlumat verdi, eyni zamanda tələbələrin elmə marağının yüksək olduğunu bildirdi. Məruzəçi Səkinəxanım Qasımova astrobiologiya və bu sahədə əldə edilmiş elmi nailiyyətlər və ixtiralar haqqında auditoriyaya məlumatı təqdim etdi.. Hazırda Mars 2020 proqramı çərçivəsində Marsda olan Perseverance və Ingenuity apparatları haqqında fikirlərini bölüşdü. Məruzəçi, həmçinin kosmosda oksigenin, suyun və enerjinin alınması, radiasiyadan qorunmağın yolları haqqında danışdı. Çıxışın sonunda müəllimlərin və tələbələrin suallarını ətraflı cavablandırıldı. Mövzu ətrafında diskussiyalar yarandı. Tələbə və müəllimlər Səkinəxanım Qasımovaya təhsildə və gələcək tədqiqatlarında müvəffəqiyyətlər arzu etdilər.