“Təbiətin Davamlı Harmoniyası” klubunun tədbiri keçirilmişdir
Biologiya fakültəsi nəzdində fəaliyyət göstərən “Təbiətin Davamlı Harmoniyası” klubunun “Kürün harayı” mövzusunda diskussiya formatında tədbiri keçirilmişdir. Tədbir son illər Kür çayında suyun səviyyəsinin azalmasının yaratdığı ekoloji problemlərə həsr olunmuşdur. Tədbirdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova, dekan müavini Kəmalə Əsədova, fakültənin professor-müəllim heyəti, tələbələr iştirak etmişdir. Tədbiri giriş sözü ilə Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev açdı. Əbülfəz Tağıyev klub və onun gələcək işləri haqqında məlumat verdi.
Tədbirdə Biologiya müəllimliyi ixtisası üzrə II kurs 157A qrup tələbəsi Elşanə Əhmədzadə Kür çayının təbii-coğrafi şəraiti və quruması səbəbləri, Kür çayının yerləşməsi, keçdiyi ərazilər, quruması və qurumasının səbəbləri haqqında məlumat verdi. Sonra I kurs 170A qrup tələbəsi Solmaz Yunusova Kürün çirklənməsinin ekoloji problemləri mövzusunda çıxış etdi.
Sonda tələbə Gültən Babaşova Xəzər dənizində yaşayan və nəsil vermək üçün Kür çayına keçən balıqlar, vətəgə əhəmiyyətli nərə balıqları, qızıl balıqların və çəkilərin Kür çayında nəsil verməsi problemləri haqqında geniş məlumat verdi.
Qaldırılmış problemlər müzakirə edildi. Müzakirələr ətrafında yeni problemlər və onların araşdırılması məsələləri qarıya qoyuldu. Tələbəlrin eimi- tədqiqata cəlb edilməsi məsələləri də tələbələr tərəfindən çox böyük həvəslə qarşılandı.