Süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi mövzusunda elmi seminar keçirilib

Biologiya fakültəsində “Elm günü” nə həsr edilmiş növbəti elmi seminar keçirilmişdir. Seminar çox aktual mövzuya həsr edilmişdir və seminarda fakültə rəhbərliyi, professor-müəllim heyəti, magistr və doktorantlar iştirak etmişlər.
Seminarda Biofizika və Biokimya kafedrasının doktorantı Leyla Kərimova “Süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi” mövzusunda təqdimatında süd vəzi xərçənginin müxtəlif bioloji tiplərində qan serumunda diaqnostik əhəmiyyətə malik göstəricilərin araşdırılması, yeni biomarkerlərlə ənənəvi biokimyəvi parametrlər arasındakı əlaqələrin öyrənilməsi və HER-2 ekspressiyası mənfi hallarda gen mutasiyalarının tədqiqi barədə araşdırmaları vermişdir.
Məruzəçi 2023–2025-cü illərdə Milli Onkologiya Mərkəzində müayinə olunmuş 89 qadının klinik-laborator nəticələri əsasında apardığı tədqiqatın nəticələrini auditoriyada bölüşmüş, istifadə etdiyi müasir metodları nəzərə çatdırmışdır.
Seminar iştirakçıları tərəfindən mövzu ətrafında elmi müzakirələr aparılmış, suallar cavablandırılmış və tədqiqatın elmi-praktik əhəmiyyəti vurğulanmışdır.