“Sağlam Gənclər - Sağlam Gələcək”
19.10.2023-cü il tarixində BDU Könüllüləri Biologiya Fakültəsi nəzdində fəaliyyət göstərən “Avisenna” klubunun təşkilatçılığı ilə “Sağlam Gənclər- Sağlam Gələcək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirin əvvəlində “Avisenna” klubunun sədri Emil Vəliyev çıxış edərək tədbir haqqında ilkin məlumat vermişdir. Daha sonra Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Həkim-İnfeksionisti Dr. Zəminə Paşayeva tərəfindən iştirakçılara İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliyinə yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi haqqında ətraflı məlumat verilmişdir.
Fakültə dekanı belə tədbirlərin əhəmiyyətli olduğunu vurguladı.
Tədbirin ikinci hissəsində isə iştirakçılara QİÇS-lə bağlı broşurlar, bukletlər paylanılmış və Respublika QİÇS-lə Mübarizə Mərkəzi əməkdaşları tərəfindən ödənişsiz müayinə keçirilmişdir.