“SABAHIN ALİMLƏRİ” MEDALA LAYİQ GÖRÜLDÜ
BDU nəzdində “Gənc istedadlar” liseyinin X sinif şagirdi Ərhan İbrahimli və Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Özləm Əhmədli Biologiya fakültəsində yerinə yetirilən “Hidropon sistemdən istifadə etməklə və induktorların (fitohormonların) iştirakı ilə bitkilərin yeni becərilmə texnologiyası” layihəsi ilə “Sabahın alimləri” XI Respublika müsabiqəsinin qalibi olublar. Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi, elmi rəhbər Nurlan Əmrahov və Botanika və Bitki fiziologiyası kafedrasının laboratoriya müdiri, mütəxəssis alim Kəmalə Əsədovanın rəhbərliyi ilə hazırlanan layihə şagirdlər ABŞ-ın Corciya ştatının Atlanta şəhərində keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təqdim ediblər. Elmi-tədqiqat işi dünyanın 85 ölkəsindən qatılmış layihələrlə birgə təqdim edib, şagirdlər ISEF-in sertifikatı və medalına layiq görülüblər. Ümumilikdə müsabiqədə ölkəmiz təmsil edən 12 şagird 7 layihə təqdim edib.