"Sabahın alimləri" elan olundu
Gənc istedadlar liseyinin şagirdləri Bakı Dövlət Universitetinin əməkdaşlarının rəhbərliyi altında “Sabahın alimləri” Respublika müsabiqəsində qalib oldular
Gənc istedadlar liseyinin şagirdləri Axundov Camal və Qəmbərova Həvva Sabahın alimləri XII Respublika müsabiqəsində “İşğaldan azad edilmiş Kəlbəcər rayonunun “Qoturlu” termal mənbəsindən ayrılan bakteriyalar vasitəsilə metal nanohissəciklərin sintezi” mövzusunda layihə ilə içtirak edərək 2-ci yerin qalibi, Cəfərov Cəfər və Əliyeva Aytac “Nanohissəciklər vasitəsilə bitki hüceyrəsinin metabolizminin idarəetmə xüsusiyyətləri” mövzusunda, Dünya məktəbinin şagirdləri Əsədov Nicat və Abdullayev Tuncay “Doğma çaylarımızın dünya brendləri arasında (sərbəst radikalların söndürülməsi və antioksidant xüsusiyyətlərinə görə) yeri” mövzusunda 3-cü yerin qalibi olublar. Qeyd olunan layihələrin mütəxəssis alimi Biofizika və biokimya kafedrasının müdiri Rövşən Xəlilov, Mükəmməllik mərkəzinin biomühəndislik elmi-tədqiqat laboratoriyasının müdiri, Biofizika və biokimya kafedrasının professoru Ralfrid Həsənov, Biomühəndislik elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi b.e.n. Rüfət Ağalarov, həmin laboratoriyanın elmi işçisi, Biologiya fakültəsinin doktorantı Böyükxanım Cəfərzadə, Biologiya fakültəsinin əyani doktorantı Günay Günəşova, gənc istedadlar liseyinin biologiya müəllimi Leyla Qələndərlidir.Şagirdlər elmi rəhbərin nəzarəti altında Biomühəndislik elmi tədqiqat laboratoriyasında, Botanika və bitki fiziologiyası kafedrasının laboratoriyalarında tədqiqatlar aparmış, müasir elmin tələblərinə cavab verən aktual nəticələr almış və bu nəticələri dünya alimlərinin gördüyü işlərlə müqayisəli analiz etmişlər.Layihələrin mövzuları şagirdlər tərəfindən təqdim edilməsi 13 fevral tarixində prezentasiya, poster və bukletlərdən istifadə edərək reallaşmış və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.