Rövşən Xəlilovun məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri Rövşən Xəlilovun elmi işi “Uncovering the oxidative stress and hematological consequences of chronic cobalt exposure on atherosclerosis” (Xroniki kobalt təsirinin ateroskleroz üzərində oksidləşdirici stress və hematoloji təsirlərinin aşkarlanması) mövzusunda hazırlanmış məqaləsi Web of Science elmmetrik bazasına daxil olan “Biometals” (İF-3.6) jurnalında dərc olunub.
https://doi.org/10.1007/s10534-025-00722-5
Tədqiqatda, ateroskleroz xəstəliyi mövcud olan siçanlarda uzunmüddətli kobalt nitratın təsiri öyrənilib. Aterosklerozu təqlid etmək üçün çoxfaktorlu metod istifadə olunmuş və 60 gün ərzində siçanlara 2 mg/kq kobalt nitrat verilib. Nəticələr göstərib ki, kobalt oksidləşdirici stressi daha da artırır, həmçinin qan göstəricilərində ciddi dəyişikliklərə səbəb olur. Xroniki kobalt təsiri hemoglobin səviyyəsinin azalmasına, eritrosit sayının düşməsinə və ümumi qan hüceyrələrinin azalmasına gətirib çıxarır.
Bu araşdırma, kobaltın ateroskleroz xəstələrində damar zədələnməsini gücləndirdiyini və bunun nəticəsində oksidləşdirici və iltihab mexanizmlərinin aktivləşdiyini göstərir. Elmi iş həmçinin risk qrupunda olan insanların kobalt təsirinə məruz qalmasının izlənməsinin vacibliyini vurğulayır və əlavə tədqiqatların aparılmasını tövsiyə edir.