Rövşən Xəlilov elmi seminarda çıxış etdi
Bakı Dövlət Universitetində Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilov İbrahimxəlil oğlunun “Biotibbi tədqiatlarda müasir fiiki-kimyəvi üsulların tətbiqi ” adlı elmi seminarı keçirilmişdir
21 dekabr 2022-ci il tarixində Biofizika və biokimya kafedrasının müdiri professor, f.-r.e.d. Rövşən Xəlilov “Biotibbi tədqiqatlarda müasir fiziki-kimyəvi üsulların tətbiqi” adlı məruzə ilə seminarda çıxış edib. Professor öz çıxışında son illərdə canlı sistemlər ilə apardığı elmi-tədqiqat işləri və aldığı mühüm nəticələr barədə məlumat verib. Aparılan tədqiqatlarda R.Xəlilov əsasən Elektron Paramaqnit Rezonans spektroskopiyası, Keçirici Elektron Mikroskopiyası, Skanedici Elektron Mikroskopiyası, Messbauer spektroskopiyası kimi müasir metodları tətbiq edib. İlk dəfə olaraq R.Xəlilov əməkdaşı A.Nəsibova ilə birlikdə apardıqları elmi-tədqiqatlarda stress amillərin canlı sistemlərə təsiri zamanı onlarda maqnit xassələrinin yaranmasını aşkar edib. Çıxışında prof. R.Xəlilov alınan nəticələrin biotibdə tətbiqinin perspektivləri barədə də məlumat verib.