Qlobal istiləşmənin təbii su ehtiyatlarına təsiri
Biologiya fakültəsinin "Molekulyar biologiya və biotexnologiyalar" kafedrasının professoru Fərayət Əhmədovanın təqdimatı ilə "Qlobal istiləşmənin təbii su ehtiyatlarına təsiri" mövzusunda elmi seminar keçirilmişdir.
F.Əhmədova bildirmişdir ki, son zamanlar planetimizdə baş verən intensiv iqlim dəyişilmələri ilə yaranmış quraqlıq ciddi su problemi yaratmaqdadır və bu bizim ölkəmizdən də yan keçmir. Suya təlabatın artması, iri çayları qidalandıran xırda çayların quruması, suyun israfçılıqla istifadəsi, təyinatı üzrə istifadə edilməməsi və s. bunun səbəbləri kimi göstərilə bilər. Məruzəçi təöqdimatında misallarla müxtəlif sənaye müəssisələrinin kanalizasiya sularının, xəstəxanaların çirkab sularının təmizlənilmədən çaylara, dənizə axıdılması faktlarını nəzərə çatdırmış, belə halların neqativ nəticələri haqqında məlumat verdi.
Çıxışın davamı olaraq məruzəçi erməni vandalizminin təbiətə vurduğu ziyanlardan bəhs etmiş, qələbəmizdən sonra azad olunmuş torpaqlarda sürətlə quruculuq işləri aparılması haqqında faktlara nəzərə çatdırmışdır.
Fərayət Əhmədova təqdimatında balneoloji xüsusiyyətli və alternativ enerji mənbəyi olan termal suların ekoloji cəhətdən təmiz olub, çoxsahəli istifadəyə daha yararlı olması və əhəmiyyətindən məlumat vermişdir.
Çıxışının sonunda məruzəçi suyun təbiətdə və insan həyatında əhəmiyyəti, su ehtiyatlarına qayğı ilə yanaşma yolları, çirkab suyun insan sağlamlığına mənfi təsiri barədə mütəmadı maarifləndirici tədbirlərdən istifadənin vacibliyini vurğulamışdır. Susuz həyat yoxdur, həyatımızı qorumaq isə hər birimizin müqəddəs borcudur.
Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları hərtərəfli cavablandırılmışdır.