Qış imtahan sessiyası uğurla davam edir
Biologiya fakültəsində qış imtahan sessiyası uğurla davam edir
Bakı Dövlət Universiteti Biologiya fakültəsində yanvarın 5-dən etibarən başlamış 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası hal-hazırda uğurla davam edir.
2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında bakalavriatura səviyyəsində 6 ixtisas 54 qrup üzrə 1031 tələbə, magistratura səviyyəsində 20 ixtisaslaşma üzrə 83 magistrant imtahan verib.
Sessiyanın gedişinə İmtahan Qərargahı və Apelyasiya Komissiyası operativ nəzarəti təmin edir. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir. Biliyin qiymətləndirilməsinin şəffaflığını təmin etmək məqsədilə qiymətindən narazı olan tələbələrin İmtahan Qərargahı və Apelyasiya Komissiyasına ərizə ilə müraciətləri nəzərə alınaraq onların imtahan yazı işləri yenidən obyektiv şəkildə yoxlanılır.
Biologiya fakültəsində 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası şəffaf şəkildə davam edir və tələbələr psixoloji və mənəvi əmin-amanlıq şəraitində imtahanlarda iştirak edirlər.
Sessiya fevralın 6-dək davam edəcək.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 7-dən 14-dək şərait yaradılacaq.