QİDA MÜHƏNDİSLİYİ İXTİSASI ÜZRƏ TƏLƏBƏLƏRİMİZ “CASPIAN AGRO” - XVIII AZƏRBAYCAN BEYNƏLXALQ KƏND TƏSƏRRÜFATI SƏRGISINDƏ
BDU Biologiya fakultəsi tələbələri 15 may tarixində Bakı Ekspo Mərkəzində keçirilən XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak etmişlər. Sərgidə kənd təsərrüfatının bütün sahələri üzrə - bitkiçilik, bağçılıq, heyvandarlıq sahələrində tətbiq olunan ən son müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, yeni əldə olunmuş seleksiya nailiyyətləri nümayiş olunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, pilotsuz uçuş aparatlarının təsərrüfatlarda tətbiqi, IT xidmətləri, süni intellekt, ağıllı kənd, startaplar, alternativ enerji mənbələri, “Green agro” kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə bildilər. Builki sərgidə ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsi də təmsil olunur. Sərgi çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilir.