“QİÇS-ə Qarşı Bir Addım” adlı tədbir keçirilib
BDU Biologiya fakültəsi ilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə əməkdaşlığı ilə “QİÇS-ə Qarşı Bir Addım” adlı tədbir keçirilib. Tədbirin formatı ikihissəli tərtib edilib.
Birinci hissədə Mərkəzin həkim-infeksionisti Dr. Emiliya Şahbazova tərəfindən iştirakçılara İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliyinə yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi haqqında ətraflı məlumat verilmişdir. Yaranmış suallar cavablandırılmışdır.
Tədbirin ikinci hissəsində isə tələbələrə QİÇS-lə bağlı broşurlar, bukletlər paylanmış və Respublika QİÇS-lə Mübarizə Mərkəzi əməkdaşları tərəfindən ödənişsiz müayinə keçirilmişdir.