Qadınlara Həsr Olunmuş Unudulmaz Anlar tədbiri keçirilmişdir
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə "Bioteam" klubunun təşkilatçılığı ilə Biologiya fakültəsində xüsusi tədbir keçirildi. Tədbir fakültənin dekanı Afət Məmmədova açılış nitqi ilə başladı. O, qadınların cəmiyyətimizdəki əvəzsiz rolunu vurğulayaraq, bu günün əhəmiyyətindən bəhs etdi.
Daha sonra tədbir iştirakçıları qadınların tariximizdə və həyatımızdakı mövqeyi haqqında maraqlı məlumatlar əldə etdilər. Fakültəmizin 3-cü kurs tələbəsi Kəmaləddin Hüseynov isə qadınların dəyərini və onların fədakarlığını tərənnüm edən şeiri ilə tədbirə duyğusal bir çalar qatdı.
Qadın tariximizin parlaq simalarından biri olan Xurşidbanu Natəvan səhnəcik vasitəsilə yenidən anıldı. Tələbələrimiz onun əsərlərinin bu günümüzə qədər necə qorunduğunu və nə qədər önəmli olduğunu nümayiş etdirdilər. Ardınca 2-ci kurs tələbəsi Aysu Səfərova, tariximizə iz qoymuş görkəmli xanımlarımız haqqında maraqlı çıxışı ilə qadınların elm, incəsənət və digər sahələrdəki misilsiz rolunu bir daha vurğuladı.
Tədbirin musiqili hissəsi isə 1-ci kurs tələbəsi Hacıalı İsmayılın möhtəşəm ifaları ilə tamamlandı. Onun duyğusal çıxışı tədbirin təsir gücünü daha da artırdı və hər kəsə unudulmaz anlar yaşatdı.