“Pentagon” intellektual zəka oyunu keçirilib

“BDU könüllüləri” təşkilatının Biologiya fakültəsi üzrə könüllülərinin təşəbbüsü ilə “Pentagon” adlı intellektual zəka oyunu baş tutub.
Tədbir iştirakçıların oyun qaydaları ilə tanış edilməsi ilə başlayıb. Yarışın formatı, sualların cavablandırılma qaydası və qiymətləndirmə meyarları barədə məlumat verildikdən sonra intellektual oyun rəsmi şəkildə start götürüb.
Oyun zamanı iştirakçılara müxtəlif sahələri əhatə edən suallar təqdim olunub. Suallar iştirakçıların ümumi bilik səviyyəsini, məntiqi düşünmə bacarığını, diqqətini və komanda daxilində əməkdaşlıq qabiliyyətini qiymətləndirməyə yönəlib.
Komandalar şəklində yarışan iştirakçılar sualları cavablandıraraq bilik və çevik düşünmə bacarıqlarını nümayiş etdiriblər. Yarış ərzində komandalar arasında sağlam rəqabət mühiti formalaşıb və iştirakçılar fəal mübarizə aparıblar.
Tədbirin sonunda nəticələr elan olunub. Ən yüksək nəticə göstərən “Güc Mərkəzi” komandası yarışın qalibi olub və mükafatlandırılıb.
Qalib komandanı təbrik edir, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.