"Pəncər: unudulmuş möcüzəvi bitki" adlı elmi seminar keçirilib
Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyəti təşkilatının təşkilatçılığı ilə "Pəncər: unudulmuş möcüzəvi bitki" adlı elmi seminar keçirilib.
Tədqimatla çıxış edən Tələbə Elmi Cəmiyyəti üzvü, 3-cü kurs tələbəsi Humay Əliyeva, pəncərin (Amaranthus L.) mədəni növləri, etnobotaniki xüsusiyyətləri, tarixi istifadəsi, baxım və yığılması, Azərbaycanın iqlim şəraitinə uyğunlaşması, onun zəngin tərkibi, tibbi istifadəsi, xəstəlikləri və orqanik mübarizə üsulları haqqında dolğun məlumat verib. Habelə, bu bitkinin ətraf mühit stresslərinə uyğunlaşması və onlardan qorunma mexanizmi, sağlam bağ ekosisteminin formalaşdırılmasında tətbiqi, torpaqların şoranlaşmasının qarşısının alınmasında pəncərin istifadə imkanları kimi məsələlərdən bəhs etdi.
Seminarın sonunda dinləyicilər tərəfindən mövzu ilə əlaqəli suallar səsləndirildi və qaranlıq qalan məqamlara müzakirələr aparılaraq aydınlıq gətirildi.