Nurlan Əmrahov “Gənclərin 2-ci Şəbəkələşmə Forumu”nda çıxış edib
-lg.jpg)
31 avqust 2025, Bakı — “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçirilən “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə: Gənclərin ikinci Şəbəkələşmə Forumu”nda BDU Biologiya fakültəsinin müəllimi, Mükəmməlik Mərkəzinin elmi işçisi Nurlan Əmrahov panel spikeri qismində iştirak edib.
“Nurlan Əmrahov “Rəqəmsal İnkişaf Gündəliyi: İnnovasiya dövründə DİM-lər” panelində molekulyar biologiya və biotexnologiya sahəsində gündəmdə olan çağırışlar, ölkə üzrə ehtiyaclar və BDU-da aparılan işlər barədə çıxış edərək auditoriyanın suallarını cavablandırıb. Tədbir çərçivəsində fakültə ilə innovasiya ekosistemi nümayəndələri arasında əməkdaşlıq imkanları da müzakirə olunub.
Forum gənclərin şəbəkələşməsini və DİM-lər üzrə bilik mübadiləsini təşviq edən panel müzakirələri və praktik fəaliyyətləri bir araya gətirir.