Növbəti fakültə Elmi Şurası keçirildi
21 may 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. İclasda fakültə rəhbərliyi, professor-müəllim heyəti və Elmi Şura üzvləri iştirak ediblər.
İclasın gündəliyinə bir sıra mühüm məsələlər daxil idi. İlk olaraq, “Xalq qəzeti”nin 25 fevral 2025-ci il tarixli №42 (30736)-cı sayında dərc olunmuş elana əsasən, Genetika kafedrasında müəllim vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqənin keçirilməsi müzakirə olunub.
Daha sonra ikinci kurs magistrantların elmi və pedaqoji təcrübələrinin nəticələri dinlənilib və təsdiq edilib. İclasda həmçinin Biologiya, subioehtiyatları və akvakultura ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsinin nəticələri nəzərdən keçirilib və müsbət qiymətləndirilib.
Sonda professor Fərayət Əhmədova və professor Nağı Musayev 75 illik Yubileyləri münasibətilə Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunub.