Növbəti elmi seminar baş tutub
Biologiya fakültəsində Biofizika və biokimya kafedrasının doktorantı tərəfindən “Buğda genotiplərinin yarpaqlarında metal oksid nanohissəciklərinin antioksidant fermentlərin fəaliyyətinə təsiri” adlı mövzuda elmi seminar keçirilmişdir
Seminarda Biologiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçılar, magistrantlar və tələbələr iştirak etmişdir.
Seminarda təqdimatla çıxış edən Günel İsmayılova müxtəlif buğda genotiplərinin cücərtilərində dəmir, sink, titan və alüminium oksidləri NH-lərin müxtəlif qatılıqlarda polifenoloksidaza, askorbatperoksidaza, katalaza və superoksiddismutaza kimi fermentlərin aktivliyinə, fotosintetik piqmentlərin miqdarına və məhsuldarlıq parametrlərinə təsiri haqqında məlumat vermişdir.
İsmayılova Günel auditoriyaya çatdırmışdı ki, tədqiqatlarda istifadə olunmuş metal oksidi NH-lərin antioksidant fermentlərin fəaliyyətinə təsiri mövcuddur və bu dozadan asılı xarakter daşıyır. Belə ki, yumşaq və bərk buğda sortlarının cücərtilərində dəmir, sink və titan oksidi NH-lərinin antioksidant fermentlərin aktivliyinə stimullaşdırıcı təsiri 0,01 mM qatılıqda müəyyən edilmişdir. Alüminium oksidi NH-ləri isə əksinə istifadə edilmiş bütün qatılıqlarda supressiv təsir göstərmişdi.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırmışdı.