“Neyroqrafika” təlimi keçirildi
Bakı Dövlət Universiteti (BDU) Biologiya fakültəsi nəzdində fəaliyyət göstərən Bioteam klubunun təşkilatçılığı və psixoloq Zarina Əliyevanın rəhbərliyi ilə tələbələr üçün “Neyroqrafika” adlı interaktiv təlim keçirilmişdir.
Təlimin ilk hissəsində iştirakçılara neyroqrafikanın məqsədi, tətbiq sahələri və faydaları haqqında ətraflı məlumat verilmişdir. Psixoloq Zarina Əliyeva neyroqrafikanın insanların daxili emosional gərginliyini azaltmaq, yaradıcılığı artırmaq və düşüncələri vizuallaşdırmaq kimi məqsədlərə xidmət etdiyini vurğulamışdır.
Təlimin ikinci hissəsi praktik məşğələlərlə davam etmişdir. Tələbələr, psixoloqun istiqamətləri əsasında, neyroqrafika texnikasını tətbiq edərək, şəxsi yaradıcılıqlarını ifadə etdi və bu texnikanın təsirini əyani şəkildə hiss etdilər.