“NARKOMANİYAYA YOX DEYƏK!” ADLI TƏDBİR KEÇİRİLDİ
18 aprel 2022-ci il tarixində Biologiya, Sosial elmlər və psixologiya və Kimya fakültələrinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya YOX deyək!” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd tələbə gəncləri psixoaktiv maddə istifadəsinin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarət olub.
Əvvəlcə Dövlət himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı Afət Məmmədova müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyindən bəhs edərək tədbiri açdı. Daha sonra Kimya fakültəsinin dekan müavini Taleh Qəhramanov narkomaniyanın sağlam həyat tərzi üçün yaratdığı təhlükə ilə bağlı məlumatlar verərək çıxış etdi. Tədbirdin qonaqları ehtiyyatda olan polis polkovniki Adıgözəl Adigözəlov, Bakı şəhəri Narkoloji Mərkəzin narkoloq-həkimi Fəzail Sadıqov, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli, Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Diyanə İbrahimova və həmin fakültənin IV kurs tələbəsi Ayşən Qəribova mövzu ilə bağlı çıxış etdilər.
Məruzəçilər cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün törətdyi təhlükələrdən söz açdılar. Onlar gənclər arasında psixoaktiv maddə asılılığı problemi ilə bağlı hüquq pozuntularının profilaktikası, psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılıq problemləri, asılılığın başvermə səbəbləri, psixoaktiv maddələrin kimyəvi tərkibi və yaratdığı fəsadlar haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
Çıxış edənlər narkomaniyanın dilindən, dinindən, irqi mənsubiyyətindən və sosial vəziyyətindən asılı olmayaraq bütün planet sakinləri üçün təhlükəsindən danışdılar. Onlar narkomaniyanın cinayətkarlığa, zorakılığa və korrupsiyaya yol açdığını bildirərək, bu bəlanın hazırda ciddi qlobal problemə çevrildiyini qeyd etdilər. Məruzəçilər narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdikləri, daim aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmədkilərini tədbir içtirakçılarının nəzərinə çatdırdılar. Tələbələrin çoxsaylı sualları qonaqlar tərəfindən cavablandırıldı.