Mümtaz Xəlilzadə ilə “Akademik ünsiyyət və nitq” təlimi keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində tanınmış televiziya aparıcısı və diktor Mümtaz Xəlilzadənin iştirakı ilə “Akademik ünsiyyət və nitq təlimi” adlı təlim proqramı keçirilib. Tədbir Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutub.
Təlim zamanı Mümtaz Xəlilzadə tələbələrlə nitq mədəniyyəti, səhnə danışığı, auditoriya ilə düzgün ünsiyyət qurmaq, vurğu və diksiya nüansları, akademik təqdimat zamanı səsdən istifadə kimi mövzular üzrə öz peşəkar təcrübəsini bölüşüb. O, həmçinin tələbələrin suallarını cavablandıraraq praktiki məsləhətlər verib.
Tədbirin əsas məqsədi tələbələrin ictimai nitq bacarıqlarını inkişaf etdirmək, akademik mühitdə daha peşəkar və inamlı çıxış etmələrinə dəstək göstərmək olub. Tələbələr görüşü böyük maraqla qarşılayıb və Mümtaz Xəlilzadənin real təcrübələrə əsaslanan məsləhətlərini yüksək qiymətləndiriblər.
BDU Biologiya fakültəsi TGT gələcəkdə də tələbələrin fərdi inkişafına yönəlmiş bu cür maarifləndirici tədbirləri davam etdirməyi planlaşdırır.