"Milli geyimdə gəzinti" – Biologiya fakültəsi tələbələrinin iştirakı ilə mədəni irsə dəstək
Biologiya fakültəsinin dosenti Sevda Tahirlinin təşkilatçılığı və fakültənin tələbələrinin fəal iştirakı ilə şəhərin mərkəzi küçələrində “Milli geyimdə gəzinti” adlı tədbir keçirilib. Aksiya Azərbaycan xalqının milli-mədəni irsinin qorunması və gənc nəslə tanıdılması məqsədi daşıyır.
Tədbir zamanı Biologiya fakültəsinin tələbələri milli geyimlərdə ictimaiyyət qarşısında çıxış edərək, bu geyimlərin yalnız səhnəyə deyil, gündəlik həyata da məxsus olduğunu nümayiş etdiriblər. Belə təşəbbüslər gənclərdə milli kimliyə və mədəni irsə marağı gücləndirməklə yanaşı, onları bu dəyərlərin yaşadılmasına fəal töhfə verməyə təşviq edir.
“Milli geyimdə gəzinti” layihəsinin bir hissəsi olmaq tələbələr üçün həm praktiki sosial təcrübə, həm də mədəni irsə bağlılığın ifadəsi kimi önəm daşıyıb.